İyul 24, 2024 13:40 Asia/Baku
  • Pentaqon Ermənistan ordusunu yönləndirməyi üzərinə götürür

ABŞ müşaviri bu il İrəvanda fəaliyyətə başlayacaq

Amerikanın İrəvandakı səfirliyi iddia edib ki, ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyinə məsləhətçi təyin edilməsi respublikaya təhlükəsizlik idarəçiliyini təkmilləşdirməkdə yardım etmək məqsədi daşıyır. Məsləhətçi bu il işə başlayacaq.

Bu yaxınlarda ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağını bildirib.

Bunun ardınca diplomatik nümayəndəlikdən "Armenpress" dövlət agentliyinin sorğusuna cavab olaraq deyilib ki, Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsini təyin etməklə Vaşinqton İrəvana təhlükəsizlik idarəçiliyini təkmilləşdirməkdə yardım etmək niyyətindədir ki, bu da öz növbəsində Ermənistan-ABŞ münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

Səfirlik söhbətin Dövlət Departamentinin maliyyələşdirəcəyi mülki məsləhətçidən bəhs etdiyini qeyd edib. Məsləhətçinin həmçinin Ermənistanın guya müdafiə institutlarının gücləndirilməsinə kömək edəcəyi, ABŞ səfirliyi və Müdafiə Nazirliyi ilə müntəzəm işgüzar əlaqələri davam etdirəcəyi də dəqiqləşdirilib.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bəyan edib ki, ABŞ Ermənistan və Azərbaycanı NATO sammitinə dəvət etməklə onları Rusiyadan uzaqlaşdırmağa çalışır.

 

Teqlər