Putin ABŞ-a Almaniyada raket yerləşdirməsi ilə bağlı xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i413185-putin_abŞ_a_almaniyada_raket_yerləşdirməsi_ilə_bağlı_xəbərdarlıq_edib
“Rusiya analoji tədbirlər görəcək”
(last modified 2024-07-29T07:32:40+00:00 )
İyul 29, 2024 11:31 Asia/Baku
  • Putin ABŞ-a Almaniyada raket yerləşdirməsi ilə bağlı xəbərdarlıq edib

“Rusiya analoji tədbirlər görəcək”

Putin bəyan edib ki, Rusiya ABŞ-ın və onun peyklərinin Avropada və dünyanın digər regionlarında hərəkətlərini nəzərə alaraq orta və yaxın mənzilli raketlərin yerləşdirilməsindən ötrü güzgü tədbirləri görəcək.

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələri Günü şərəfinə keçirilən dəniz paradında qeyd edib: “Almaniyada ABŞ raketlərinin peyda olacağı təqdirdə Rusiya özünü orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə moratoriumdan azad hesab edəcək”.

Xatırladaq ki, ABŞ hakimiyyəti 2026-cı ildən Almaniyada yeni uzaqmənzilli atıcı silahlar yerləşdirməyə hazır olduqlarını açıqlamışdı.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın ABŞ raketlərinə ev sahibliyi etmək qərarını alçaqlıq adlandırıb.