İyul 30, 2024 18:09 Asia/Baku
  • Tramp rənglidərililərin səslərinin cəzb olunmasında uğursuz qalıb

Amerikada respublikaçılar partiyasının əsas mediası olan Foks-Nyus telekanalının keçirdiyi yeni rəy sorğusu Kamala Harrisin mühüm ştatlarda Trampdan üstün olmasından xəbər verir.

Anqsrid İnstitutunun min yeddi yüz qırx üç respondent arasında ABŞ prezident seçkiləri barədə apardığı rəy sorğusu Amerika demokratlar partiyasının ehtimal olunan namizədi Kamala Harrisin öndə getməsindən söz açır.

 Foks-Nyus telekanalının rəy sorğusu Kamala Harrisin/ Viskonsin, Miçiqan, Minnesota və Pensilvaniya kimi mühüm ştatlarda Trampdan üstün olduğunu göstərir.

Bu əsasda, səslərin qırx iki faizini toplayan ABŞ-ın sabiq prezidenti Donald Trampın qarşısında Kamala Harris qırx dörd səs yığmaqla seçkilərin qalibi olacaq.