Avq 01, 2024 12:18 Asia/Baku
  • BMT-nin hesabatı: Fələstinli məhbuslardan ən azı 53-ü ölüb

BMT öz hesabatında qaniçən İsrail rejimin fələstinli məhbuslara işgəncə verdiyini bildirir.

Təşkilatın məlumatına görə, oktyabrın 7-dən bu yana ən azı 10 min fələstinli İsrail tərəfindən özbaşına saxlanılıb və o vaxtdan bəri İsrail həbsxanalarında 53 məhbus həyatını itirib.

Qeyd olunur ki, İsrail qüvvələri fələstinli məhbuslara itlərlə işgəncə verir və suda boğulmağı imitasiya etdirir.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının hesabatına əsasən, oktyabrın 7-dən bəri ən azı 53 məhbus həbsxanada vəfat edib.

Komissarlığın rəhbəri Volker Türk bildirib ki, İsrailin hərəkətləri beynəlxalq insan haqlarını və beynəlxalq humanitar hüququ açıq şəkildə pozur.

“Fələstinli məhbuslar qəfəsə bənzər otaqlarda saxlandıqlarını, uzun müddət lüt saxlandıqlarını, yalnız uşaq bezi geyindiklərini bildiriblər. İfadələrində gözlərinin bağlanması, yeməkdən, yuxudan və sudan məhrumetmə, elektrik şoku verildiyini, itlərin üzərlərinə salındığını, bəziləri isə onların boğularaq səhnəyə qoyulduğunu, bəzi qadın və kişilərin cinsi zorakılıqla üzləşdiyini söyləyiblər”, - deyə hesabatda qeyd edilir.

Yanvar ayında BMT-nin İşğal olunmuş Fələstin Ərazisində insan haqları ofisinin rəhbəri Ajit Sunqa demişdi ki, 2023-cü il oktyabrın 7-də eskalasiya başlayandan bəri bütün Qəzzə zolağında bir neçə min fələstinli İsrail tərəfindən gizli saxlanılıb və onların çoxu xəstəlik qurbanı olub.