Venesuela ali məhkəməsi Madurounun prezident seçkilərindəki qələbəsini təsdiq edib
Venesuela ali məhkəməsi Nikolas Madurounun iyulun 28-də keçirilən prezident seçkilərindəki qələbəsini təsdiq edib.
Venesuela ali məhkəməsinin sədri Karisliya Rodriges deyibdir ki, məhkəmə milli seçki şurasının sənədlərini araşdırdı və Madurounun qalib gəldiyini təsdiq edir və bu rəyə etiraz imkanı yoxdur.
O, əlavə edib: 28 iyul Venesuela prezident seçkilərinin milli seçki şurası tərəfindən yayılan və Maduronun qələbəsindən söz açan nəticələri mötəbərdir.
Amerikanın dəstək verdiyi müxalifət namizədi Edmondo Qonsales Urrutia iddia edibdir ki, səslərin 67 %-ni əldə edib. O, Maduronu nəticələri saxtalaşdırmaqda ittiham edib.
Qonsales sosial şəbəkədəki paylaşımında belə yazıb: Sizin hökmünüz yalnız böhranı qızışdıracaq. O, məhkəməni təəssübkeşlikdə və “xalqın iradəsi”ni qəsb etməkdə ittiham edib.
Karakas rəsmiləri isə deyiblər ki, səslərin 52 %-ni qazanan Maduro seçkiləri öz xeyrinə təsdiq edibdir.
Venesueal prezident seçkilərindən sonra küçə etirazları başlandı və bir qrup etirazçı və müxalifət siması həbs olundu.