Beynəlxalq Ədalət Məhkəməsi Netanyahu və Qallantın həbsinə qərarın verilməsini tələb etdi
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan məhkəmənin İsrail rejiminin Fələstində vəhşicəsinə törətdiyi cinayətlərin axtarışında səlahiyyətli olduğunu bildirərək İsrail rejiminin baş naziri Benyamin Netanyahu və Müharibə naziri Yuav Qallantın həbs edilməsi haqda orderin təsdiqini tələb edib.
“Reuters”ə istinadən verilmiş xəbərdə qeyd edilib ki, İsrail rejiminin müharibə cinayətlərinin hüquqi qiymətləndirməsi haqda irəli sürdüyü iddialar Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən rədd edilib.
“Qanun əsasında və mövcud şərait baxımından Beynəlxalq Cinayət Məhkəməsinin bu işə baxması üçün lazımı səlahiyyətə malikdir”-məhkəmənin qərarında vurğulanır.
Beynəlxalq Cinayət Məhkəməsinin (İCC) baş prokuroru Kərim Xan qurumun xunta rejimin Fələstində törətdiyi qırğınların istintaqa cəlb edilməsindəki səlahiyyətlərinə toxunaraq tezliklə qərarın çıxarılmasını istəyib.
“Heç bir üzürü olmadan müharibə cinayətlərinin işinə baxılmasının yubadılması bu cinayət qurbanlarının hüququnun tapdalanması deməkdir”-deyə Kərim Xan əlavə edib.
“Reuters”in yazdığına görə Beynəlxalq Cinayət Məhkəməsi elan edib ki, Netanyahunun Fələstinin işğalında bəşəriyyətə qarşı müharibə cinayətlərinin törədildiyi haqda kifayət qədər sübut vardır.
Bundan əlavə baş prokuror Kərim Xan vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsi sionist rejimin başçılarının sivil vətəndaşların öldürülməsində günahlandırmalı və onların həbsinə qərar verilməlidir.