Xunta rejimi təklənir
Nikaraqua İsraillə əlaqələrini kəsirdi
Nikaraqua dövləti İsrail rejiminin Qəzzədə davam etdirdiyi cinayətlərinə görə bu rejim ilə əlaqələri kəsmək qərarını açıqlayıb.
Bu barədə ölkənin vitse-prezident Rosario Murillo məlumat verib.
Onun sözlərinə görə, prezident Daniel Orteqa İsrailin Fələstin ərazilərinə hücumlarına görə əlaqələrin kəsilməsini əmr edib.
Rosario Murillo "Canal 4" televiziyasına deyib: “Prezidentimiz Respublika Xarici İşlər Nazirliyinə milli parlamentin tələbini yerinə yetirmək və İsrailin faşist və soyqırım hökuməti ilə diplomatik əlaqələri kəsməyə başlamağı tapşırıb”.
Nikaraqua bundan əvvəl iki dəfə İsraillə əlaqələri kəsib: 2010 və 1979-cu ildə.
Qeyd edək ki, Qəzzədə müharibə başlayandan Kolumbiya, Boliviya və Beliz İsraillə əlaqələri kəsib. Cənubi Afrika parlamenti də hökuməti hərəkətə keçməyə çağırıb.