“İsrail müharibə qanunlarını pozur”
https://azeri.sahartv.ir/news/dünya-i415324-İsrail_müharibə_qanunlarını_pozur
Norveçin xarici işlər naziri bəyanatla çıxış edərək, işğalçı İsrail rejiminin Qəzzə zolağına hücumlarını pisləyib, bu müharibəni qəddarlıq adlandırıb.
(last modified 2024-10-15T04:44:24+00:00 )
Okt 15, 2024 08:43 Asia/Baku
  • “İsrail müharibə qanunlarını pozur”

Norveçin xarici işlər naziri bəyanatla çıxış edərək, işğalçı İsrail rejiminin Qəzzə zolağına hücumlarını pisləyib, bu müharibəni qəddarlıq adlandırıb.

Espen Bart Eide bəyanatda bildirib: “İsrailin Qəzzədə apardığı qəddarcasına müharibəyə fərq qoymadan qeyri-mütənasib hücumlar, eləcə də insanların humanitar yardım almasına mane olan hərəkətlər daxildir. Müharibə qanunlarının pozulması dayandırılmalıdır”.

O əlavə edib ki, İsrail rejiminin səlahiyyətliləri Fələstin xalqına ərzaq və zəruri yardımların çatdırılmasına mane olur, həmçinin ərzaq və zəruri təcili yardıma çıxışın qarşısını alır.