BMT rəsmisi Qəzzədəki gündəlik vəhşilikləri pisləyib
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin rəhbəri vəzifəsini icra edən Coys Msuya sionist rejimi Qəzzədə gündəlik vəhşilikdə və ən ağır beynəlxalq cinayətlər törətməkdə ittiham edib.
BMT Təhlükəsizlik Şurasında çıxış edən Coys Msuya Qəzzəni dağıntılar diyarı kimi xarakterizə edərək, fələstinli mülki şəxslərin sionist rejim hərbçiləri tərəfindən evlərindən qovulduğunu və “ailə üzvlərinin öldürüldüyü, yandırıldığı və diri-diri basdırıldığının şahidi olmağa məcbur edildiyini söyləyib.
"Görünür Qəzzədə gündəlik qəddarlığın həddi-hüdudu yoxdur. Biz ən ağır beynəlxalq cinayətləri xatırladan hərəkətlərin şahidi oluruq", - deyə o, əlavə edib.
BMT rəsmisi sionist rejimin Qəzzənin şimalındakı son hərəkətləri və cinayətlərini “keçən ilin dəhşətli hadisələrinin intensivləşdirilmiş və sürətləndirilmiş versiyası” adlandırıb.