Ali Rəhbər:
Netanyahunun cəlbi kifayət deyil
İngilis və ərəb dilli medialar İslam İnqilabının Böyük Rəhbərinin sionist rejimin baş nazirinin edam hökmünün verilməsi zərurəti barədəki bəyanatını öz xəbərlərinin önündə qərar veriblər.
İslam İnqilabının Böyük Rəhbərinin bəyanatını əks etdirən Röyters informasiya agentliyi yazıb: İran Rəhbəri İsrail başçılarının edam olunmalarını istəyib. Ayətullah Xamenei, həbs hökmünün yetərli olmadığını bildirib.
Frans-Press də «İran Rəhbəri Netanyahunun həbsi barədəki hökmü yetərsiz adlandırıb» başlıqlı reportajda yazıbdır ki, Ayətullah Xamenei Netanyahunun edama layiq olduğunu söyləyib.
İngiltərədə çıxan «Teleqraf» qəzeti isə belə yazıb: İran Rəhbəri bu qənaətdədir ki, fələstinlilərin evlərinin bombalanması qələbə deyil. O, Netanyahunun edam olunmasını tələb edib.
Amerikanın CNBC telekanalı da belə yazıb: Ayətullah Xamenei Qəzzəyə və Livana qarşı müharibəyə görə, Netanyahuya və digər İsrail başçılarına ölüm cəzasının verilməsini tələb edib.
Amerikada çıxın Nyus-Uik nəşri də yazıb: İran Rəhbərliyi Netanyahunun və digər İsrail başçılarının həbs edilmələri haqda hökmün verilməsinə reaksiyada onların edam olunmalarını istəyib.
Bir sionist qəzetin ingilisdilli vebsaytı isə belə yazıb: İran Rəhbərliyi həbs hökmünü təklikdə Netanyahu üçün yetərli saymayıb və onu edama layiq görüb.
Ələrəbiyyə və Əlcəzirə telekanalları, həmçinin Ələhd və «Bağdad Əlyom» informasiya saytları da İnqilab Rəhbərinin bəyanatını əks etdiriblər.