Los-Anceles yanğını:
Təhlükə hələ aradan qalxmayıb
Cənubi Kaliforniyanın milyonlarla sakini kütləvi meşə yanğını fonunda hələ də qorxu və təşviş içərisindədir. Hava proqnozu və yanvarın 15-də gözlənilən küləyi nəzərə alaraq, bu əraziyə xəbərdarlıq edilib.
Dekabrın 28-dən Los-Ancelesin 5 bölgəsində başlayan bu yanğın ən azı 25 nəfərin həyatına son qoyub və minlərlə evi dağıdıb.
Yanğınsöndürənlər çərşənbə axşamı Los-Anceles ərazisində küləklər gözlənilmədən sakitləşdikdə iki böyük meşə yanğınını qismən nəzarətə ala bildilər və bir neçə yeni yanğını tez bir zamanda söndürə bildilər.
Halbuki, İton yanğını Los-Ancelesin şimalında tüğyan etməkdə davam edir.
ABŞ-ın Milli Hava Xidməti çərşənbə günü Los-Anceles və Venturanın bəzi hissələrini əhatə edən bölgə üçün qırmızı xəbərdarlıq və xüsusilə təhlükəli vəziyyət elan edib.
Bu təşkilatın sosial şəbəkələrdə də paylaşılan mesajı aydındır: "Hələ təhlükədən çıxmamışıq"