Yan 21, 2025 18:45 Asia/Baku
  • Quterreşdən xəbərdarlıq

BMT baş katibi xəbərdarlıq edibdir ki, qərb sahilinin İsrail rejimi tərəfindən işğal olunmuş ərazilərə hər hansı ilhaqı Fələsinin ərazi bütövlüyü üçün ciddi təhdid ola bilər.

BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Antonio Quterreş İsrail rejiminin ötən iki ildəki icra dəyişikliklərinə toxunub. O, Fələstin ərazisi üçün mövcud olan təhdidlərlə bağlı nigarançılıq ifadə edib.

Quterreş həmçinin İsrail rejimi ilə Həmas arasında əldə olunan atəşkəs razılaşmasından sonra həyata keçən humanitar yardımlar daşıyan altı yüz otuzdan çox yük maşınının Qəzzə zolağına girişinə işarə edib.

Qeyd edək ki, atəşkəs razılaşmasından sonra humanitar yardımların Qəzzəyə girişi gərginlikləri azaltmaq üzrə beynəlxalq səylərin nişanəsidir. 

Quterreşin sözləri dünya ictimaiyyətinin Yaxın Şərqdəki son olaylarla bağlı ciddi nigarançılığını göstərir. Qərb sahilinin ilhaqının gətirəcəyi nəticələr regional sərhədləri keçəcəkdir. Bu istiqamətdə, regionda sülh və təhlükəsizliyi qorumaq üçün beynəlxalq səylərə və diplomatiyaya ehtiyac/ keçmişdəkindən daha çox hiss olunur.