ABŞ-da daha bir təyyarə qəzası nəticəsində 6 nəfər ölüb
Fev 01, 2025 13:34 Asia/Baku
ABŞ mediası şənbə günü səhər bu ölkənin Pensilvaniya ştatının Filadelfiya şəhərində kiçik bir şəxsi təyyarənin ticarət mərkəzinin yaxınlığındaqəzaya uğraması nəticədə 6 nəfərin öldüyünü bildirib.
"Fransa" xəbər agentliyinin məlumatına görə, hadisədən sonra Kottman küçəsi və Ruzvelt prospekti ərazisində bir neçə ev yanıb, qaz xəttinə də ziyan dəyib. Hadisə yerinə yanğınsöndürmə qrupları cəlb olunub.
Həmçinin, bəzi mənbələr bu təyyarənin qəzaya uğraması nəticəsində sərnişinlərindən başqa daha bir neçə nəfərin həlak olduğunu bildirirlər.
Bu hadisə çərşənbə gecəsi Vaşinqton səmasında sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması və 67 nəfərin ölümündən bir neçə gün sonra baş verib.