Fev 01, 2025 14:33 Asia/Baku
  • Beliz Cənubi Afrikanın 'İsrail' əleyhinə şikayətinə qoşulmaq istəyir

Beynəlxalq Ədalət Məhkəməsi bildirib ki, Mərkəzi Amerikanın şimalındakı Beliz ölkəsi Qəzzə zolağında soyqırım törətdiyinə görə Cənubi Afrikanın sionist rejimə qarşı qaldırdığı şikayətə qoşulmaq üçün rəsmi müraciət edib.

Beliz Cənubi Afrikanın 2023-cü ilin dekabrında Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi şikayətə qoşulmaq üçün 21 noyabr 2024-cü ildə ərizə verib. Bu şikayətdə Cənubi Afrika sionist rejim tərəfindən Soyqırım Konvensiyasının pozulmasına istinad edib.

Cənubi Afrika Qəzzə zolağında fələstinlilərə qarşı insan hüquqları pozuntuları və soyqırımlara görə İsrail rejiminə qarşı şikayət ərizəsi tərtib edib. Bu hərəkət nəticəsində Nikaraqua, Kuba, İrlandiya, Kolumbiya, Liviya, Meksika, Fələstin, İspaniya və Türkiyə kimi digər ölkələr də bu şikayətə qoşulub.

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi sionist rejimin baş naziri Benyamin Netanyahu və rejimin keçmiş müharibə naziri Yoav Qalantı Qəzzə zolağında hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edərək, onların həbsinə order verib.

Qeyd edək ki, Belizin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında sionist rejimə qarşı şikayətinə qoşulması fələstinlilərlə beynəlxalq həmrəylik və bu uşaq öldürən rejimə artan təzyiqin əlamətidir.

Sionist rejim 2023-cü il oktyabrın 7-dən 2025-ci il yanvarın 19-dək Qəzzə zolağında dağıdıcı müharibə aparıb. Bu müharibə 47 min 400-dən çox fələstinlinin ölümü və 111 mindən çox insanın yaralanması ilə nəticələnib.