Beş ərəb ölkəsi ABŞ hökumətinə birgə məktub yazaraq Tramp-ın planına etirazlarını bildirdilər
https://azeri.sahartv.ir/news/dünya-i418130-beş_ərəb_ölkəsi_abŞ_hökumətinə_birgə_məktub_yazaraq_tramp_ın_planına_etirazlarını_bildirdilər
Beş ərəb ölkəsi və Fələstin Muxtar İdarəsinin yüksək vəzifəli rəsmisi birgə məktubda ABŞ hökumətinə Qəzzə sakinlərinin Misirə və İordaniyaya köçürülməsi planına etiraz ediblər.
(last modified 2025-02-04T05:41:06+00:00 )
Fev 04, 2025 09:34 Asia/Baku
  • Beş ərəb ölkəsi ABŞ hökumətinə birgə məktub yazaraq Tramp-ın planına etirazlarını bildirdilər

Beş ərəb ölkəsi və Fələstin Muxtar İdarəsinin yüksək vəzifəli rəsmisi birgə məktubda ABŞ hökumətinə Qəzzə sakinlərinin Misirə və İordaniyaya köçürülməsi planına etiraz ediblər.

Bu ölkələrin xarici işlər nazirləri və yüksək vəzifəli fələstinli rəsmisinin birgə məktubunda qeyd olunub: Qəzzənin yenidən qurulması Qəzzə xalqının birbaşa iştirakı ilə həyata keçirilməlidir və fələstinlilər öz torpaqlarında yaşayaraq yenidənqurma prosesinə kömək edəcəklər. Onlar yenidənqurma zamanı öz torpaqlarından çıxarılmamalıdırlar və dünya birliyinin dəstəyi ilə yenidənqurma prosesində fəal iştirak etməlidirlər.