Fev 04, 2025 13:34 Asia/Baku
  • BMT sionist rejimin qərb sahilinə qarşı hücumlarının genişlənməsindən nigarançılıq ifadə edib

BMT sözçüsü İsrail rejiminin hücumlarından sonra qərb sahilində dağıntı və didərginliyin artmasından nigarançılıq ifadə edib.

Stefan Ducarrik öz mətbuat konfransında qərb sahilindəki böhranlı durumu açıqlayıb. O, əllidən çox ailənin yaşadığı Cenin didərginlər düşərgəsində iyirmi binanın dağıdılmasına işarə edib.Sionist qüvvələrin Cenin və Tulkərmdəki əməliyyatları qonşu Tubas əyalətinə də yayılıb. Bu əməliyyatlar daha çox ölümə və didərginliyə gətirib çıxarıb.Qərb sahilində hərəkət üzrə kəskin məhdudiyyətlər ilkin xidmətlərə əlçatanlığı problemlə üzləşdirib. Bu, fələstinliləri uzun növbələrdə dayanmağa məcbur edir.Analitiklərin fikrincə, zorakılıqların azaldılmasına, həmçinin fələstinliləri himayə üzrə beynəlxalq əməkdaşlıqlara və təcili tədbirlərə ehtiyac duyulur.