BMT: Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar dərhal ləğv edilməlidir
https://azeri.sahartv.ir/news/dünya-i418233-bmt_beynəlxalq_cinayət_məhkəməsinə_qarşı_sanksiyalar_dərhal_ləğv_edilməlidir
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) bir bəyanatda ABŞ prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsi rəsmilərinə sanksiya tətbiq etmək qərarından narahatlığını ifadə edərək, onların dərhal ləğv edilməsini istəyib.
(last modified 2025-02-08T06:57:37+00:00 )
Fev 08, 2025 10:50 Asia/Baku
  • BMT: Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar dərhal ləğv edilməlidir

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) bir bəyanatda ABŞ prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsi rəsmilərinə sanksiya tətbiq etmək qərarından narahatlığını ifadə edərək, onların dərhal ləğv edilməsini istəyib.

Cümə günü verdiyi bəyanatda ofis Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid olan bütün işlərdə müstəqil işinə tam dəstəyini ifadə edib.

Bəyanatda bildirilir ki, “Beynəlxalq Cinayət Məhkəməsi” dünya ölkələrinin üçdə ikisi tərəfindən dəstəklənir və beynəlxalq cinayət ədliyyə sistemində “əsas təsisat” hesab olunur".

Bəyanatın davamında deyilir: "Bu məhkəmə dünyanın müxtəlif yerlərində, o cümlədən işğal olunmuş Fələstin torpaqlarında ən ağır cinayətlərə görə ədalətin və cavabdehliyin əldə olunmasında əsas rol oynayır.

Həmçinin, dünyanın 79 ölkəsi ABŞ prezidemti Donald Trampın Beynəlxalq Cinayət Məhləməsinə qarşı sanksiya tətbiq etməsini rədd edib və bunun beynəlxalq beynəlxalq hüququn aliliyinə xələl gətirdiyini bildirib.