Pakistanda "Əmn- 2025" adlı 9-cu Çoxmillətli Dəniz Təlimi başlayıb
https://azeri.sahartv.ir/news/dünya-i418268-pakistanda_Əmn_2025_adlı_9_cu_Çoxmillətli_dəniz_təlimi_başlayıb
Pakistanın Kəraçi şəhərinin sularında "Əmn- 2025" adlı 9-cu Çoxmillətli Dəniz Təlimi başlayıb 60-dan çox ölkədən dəniz donanmaları, təyyarələri və xüsusi təyinatlı dəniz qüvvələrinin iştirakı ilə başlayıb.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Fev 08, 2025 14:55 Asia/Baku
  • Pakistanda

Pakistanın Kəraçi şəhərinin sularında "Əmn- 2025" adlı 9-cu Çoxmillətli Dəniz Təlimi başlayıb 60-dan çox ölkədən dəniz donanmaları, təyyarələri və xüsusi təyinatlı dəniz qüvvələrinin iştirakı ilə başlayıb.

Bu təlim Pakistanın Hərbi Dəniz Qüvvələrinin ev sahibliyi ilə iki ildən bir və beynəlxalq əməkdaşlığı gücləndirmək, dəniz təhlükəsizliyini təşviq etmək və regional və trans-regional donanmalar arasında koordinasiyanı artırmaq məqsədi ilə keçirilir.

İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri bu tədbirdə yüksək səviyyədə iştirak edəcək. Həmçinin ilk dəfə olaraq İran Hərbi Dəniz Qüvvələri gəmi ilə bu təlimdə iştirak edəcək.

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Nəvid Əşrəf  bu çoxmillətli təlimin açılış mərasimində iştirakçılara ünvanladığı mesajda təhlükəsiz və sabit dəniz mühitinin yaradılması məqsədilə regionda və dünyada dəniz əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.