ABŞ və Rusiya diplomatik əlaqələrin normallaşdırılması fonunda lazımi addımları müəyyən etdilər
https://azeri.sahartv.ir/news/dünya-i418758-abŞ_və_rusiya_diplomatik_əlaqələrin_normallaşdırılması_fonunda_lazımi_addımları_müəyyən_etdilər
ABŞ Dövlət Departamenti bəyanatında bildirib ki, Moskva və Vaşinqton heyətləri 27 fevral tarixində İstanbulda konstruktiv danışıqlar aparıblar və səfirliklərin fəaliyyətini sabitləşdirmək üçün ilk addımları müəyyən ediblər.
(last modified 2025-02-28T10:48:07+00:00 )
Fev 28, 2025 14:46 Asia/Baku
  • ABŞ və Rusiya diplomatik əlaqələrin normallaşdırılması fonunda lazımi addımları müəyyən etdilər

ABŞ Dövlət Departamenti bəyanatında bildirib ki, Moskva və Vaşinqton heyətləri 27 fevral tarixində İstanbulda konstruktiv danışıqlar aparıblar və səfirliklərin fəaliyyətini sabitləşdirmək üçün ilk addımları müəyyən ediblər.

Bəyanata əsasən, amerikalı tərəf görüşlər zamanı bank və müqavilə xidmətlərinə çıxışla bağlı "narahatlığını" və Moskvadakı ABŞ səfirliyində əməkdaşların sabit və davamlı iştirakını təmin etmək zərurətini ifadə edib.

Tərəflər həmçinin, bu məsələlərin həlli üçün yaxın gələcəkdə bir görüş keçirmək barədə razılığa gəliblər və görüşün tarixi, məkanı və nümayəndəlik sonradan müəyyən ediləcək.