Mart 01, 2025 11:48 Asia/Baku
  • Zelenskinin ABŞ-a güvənmək xəyalı boşa çıxdı – TƏHLİL

Amerika prezidenti Donald Tramp və onun vitse-prezidenti Ceyms Devid Vens Zelenskini media qarşısında alçaldıb və tələblərinə görə onu təhdid ediblər.

Ukraynanın Qərblə yaxınlaşmaq və Rusiya ilə əlaqələri kəsmək üçün illərdir səylərindən sonra Zelenskinin Trampla son görüşü diplomatik böhrana çevrildi. Bu hadisə Birləşmiş Ştatların Ukraynaya münasibətinin dəyişdiyini və Kiyevin qarşısında duran çətinlikləri açıq şəkildə aşkar etdi.

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında Ağ Evdə keçirilən son görüş əslində acı və alçaldıcı mübahisəyə çevrilərək Ukraynanın NATO və Avropa İttifaqına üzv olmaq ümidlərinə ciddi zərbə vurdu.

Bu görüş şübhəsiz ki, ABŞ-ın Ukrayna ilə bağlı siyasətində və onun beynəlxalq münasibətlərə təsirində böyük dəyişiklikdir.

Görüş həmçinin Ukraynanın böyük dövlətlər qarşısında inamsızlığını, təhlükəsizlik və sabitliyə nail olmaq yolunda üzləşdiyi ciddi çətinlikləri nümayiş etdirir. Belə ki, indiki şəraitdə Qərb və Amerikanın vədlərindən asılılığın Ukrayna üçün fəlakətli nəticələri müşahidə olunmaqdadır. Tramp Amerikanın Ukraynadakı iqtisadi maraqlarını vurğulamaqla göstərdi ki, ABŞ-ın siyasətləri insani və demokratik dəyərlərdən daha çox Ağ Evin maraqlara əsaslanır.

“Atlantik” jurnalının köşə yazarı David Frum öz məqaləsində yazır ki, Ukrayna və ABŞ prezidentləri arasında qalmaqalın gətirdiyi bütün neqativlərə baxmayaraq, baş verənlərin ən azı bir müsbət tərəfi var: bütün dünya Donald Trampın saxta ictimai dostluğunun arxasında nəyin dayandığını gördü.

Beləliklə də Tramp-Zelenski arasındakı söz dueli Ukraynanın Qərbdən asılılıq yolu ilə təhlükəsizlik və rifaha nail olmaq arzusuna son qoydu.