Pekin:
"Çin Trampın tariflərinə qətiyyətlə qarşı çıxacaq"
Çinin xarici işlər naziri ABŞ prezidenti Donlad Trampın ölkəsinə qarşı ticarət tarifləri tətbiq etməsini pisləyib və Pekinin Birləşmiş Ştatlara qarşı qətiyyətlə cavab verəcəyini vəd edib.
Çinin xarici işlər naziri Vanq Yi ölkəsini geosiyasi qarışıqlıqların ortasında etibarlı qlobal güc kimi təqdim və deyib ki, ABŞ-nin beynəlxalq qurumlardan çıxması Pekinin Avropaya və Qlobal Cənub ölkələrinə açıq müraciətinin bir hissəsidir.
Vanq Pekinin ABŞ-a narkotik maddələrin axını ilə mübarizədə Vaşinqtona verdiyi müxtəlif yardımlara işarə edərək, əlavə edib: "ABŞ Çinin xeyirxahlığına şikayətlə cavab verməməlidir, heç bir səbəb olmadan tariflər tətbiq etməməlidir".
Birləşmiş Ştatlar bu həftə ölümcül fentanil narkotikinin bu ölkəyə axınının davam etməsi səbəbindən Çin idxalına əlavə 10% rüsum tətbiq etdi.