Mart 11, 2025 13:33 Asia/Baku
  • BMT: İsrailin Qəzzənin işığını kəsməsinin ağır nəticələri var

BMT-nin İnsan Haqları Ofisinin sözçüsü xəbərdarlıq edib ki, İsrail rejiminin Qəzzəyə elektrik enerjisinin verilişini dayandırmaq qərarı həyati əhəmiyyətli obyektlərin bağlanmasına və bölgədə humanitar böhrana səbəb ola bilər.

BMT-nin İnsan Haqları Ofisinin sözçüsü Seif Maqanqo Frans Press-ə verdiyi müsahibədə bildirib ki, elektrik enerjisinin kəsilməsi və yanacağın Zolağa girişinə qadağa qoyulması Qəzzədə səhiyyə ocaqları, suyun duzsuzlaşdırılması zavodları və çörəkbişirmə müəssisələrini bağlanma riski ilə üzləşdirir və bu, mülki insanlar üçün ağır nəticələrə səbəb olur.Maqanqo, həmçinin bildirib ki, işğalçı dövlət olaraq İsrailin nəzarəti altında yaşayan fələstinlilərin həyat ehtiyaclarını təmin etmək üçün qanuni öhdəliyi var.

Sionist rejim mediaları ötən həftə bildiriblər ki, bu rejim bütün humanitar yardımların və həyat üçün zəruri olan digər əşyaların Qəzzəyə girişinə qadağa qoyduqdan sonra Qəzzənin elektrik enerjisini kəsmək qərarına gəlib.Bu vəziyyət xüsusilə mübarək Ramazan ayında Qəzzə əhalisinə daha çox təzyiq göstərir.