Mart 14, 2025 15:37 Asia/Baku
  • Putin “Ukraynada atəşkəs” təklifi ilə şərti olaraq razılaşıb

Ukrayna ilə atəşkəs ideyası, düzgün bir təklifdir. Rusiya ona dəstək verir, amma, müəyyən hallar və detallar da nəzərə alınmalıdır. Bu sözləri Rusiya prezidenti söyləyib

Vladimir Putin dünən öz belarus həmkarı Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransında belə deyib: Bu təkliflə razıyam, amma bu təklif uzunmüddətli sülh ilə nəticələnməli və bu böhranın yaranmasının əsas amillərini ortadan götürməlidir.

Ukrayna döyüş meydanının durumuna əsasən,  dərhal amerikalılardan atəşkəs xahiş etməlidir- deyə, Putin bildirib.

Ukrayna müvəqqəti atəşkəsdən icbari səfərbərlik və silah tədarükü üçün istifadə edə bilər- deyən Rusiya dövlət başçısı bu gedişata nəzarət prosesinin araşdırılmalı olduğunu vurğulayıb.

Putin Ukraynanın vəziyyətinin həllinə diqqət ayırdığına görə, Trampa təşəkkür edib. Bildirib ki: Dünya liderlərinin Ukrayna savaşına son qoymağa yardım üzrə səylərini şərəfli addım hesab edirəm.

Çərşənbə günü hərbi geyimdə Kurskdakı əməliyyat qərargahından baxış keçirən Rusiya prezidenti, bu bölgənin tamamilə azad edilməsi barədə göstəriş verib.

Rusiya prezidenti jurnalistlərin etdikləri suallardan birinin cavabında isə belə deyib: Rusiya bazarına qayıdış məsələsi barədə bəzi şirkətlərlə bağlı qapılar arxasında müzakirələr aparılmaqdadır.

Rusiyaya geri dönmək istəyən şirkətlər belə bir fürsətə malik olacaqlar, amma, Qərb şirkətlərinə heç bir üstünlük vermirik- deyə, Rusiya dövlət başçısı vurğulayıb.