Mart 17, 2025 12:02 Asia/Baku
  • Ravvinlər Azərbaycanın kimliyini dəyişdirmək istəyirlər? - TƏHLİL

Amerikalı ravvinlər Donald Trampa müraciət edərək Azərbaycan, Qazaxıstan və Özbəkistanın İbrahim Anlaşmasına daxil edilməsini istəyiblər.

İbrahim Anlaşması uşaq qatili kimi məşhurlaşan İsrail rejimi ilə ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.

ABŞ yəhudi icmasının 50-dən çox ravvini İbrahim Anlaşmasının genişləndirilməsi ilə bağlı Trampa etdikləri müraciətdə ondan istəyiblər ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan bu razılaşmaya daxil edilsin.

Sözü gedən məktubu imzalayanlardan Eli Ebadi Azərbaycanın strateji əhəmiyyətini vurğulayaraq, bu ölkənin İsrail üçün mühüm enerji təchizatçısı və Şərqlə Qərb arasında körpü olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan son üç onillikdə İsrailin sadiq müttəfiqi olub və İsraili dəstəkləyib.

Ravvinlərin Azərbaycan haqqında belə aldadıcı ifadələrdən istifadə etmələrinin səbəbi əlbəttə aydındır: ölkəni şiə və müsəlman kimliyindən uzaqlaşdıraraq onu sionistlərə doğmalaşdırmaq.

Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti bu vaxtadək dünyəvi dövlətçilik sistemini rəhbər tutaraq, dini ideologiyanın milli kimliyin mərkəzində yer tutmasına mane olub. Bu tezis təbii ki, İsrailin əsas dayağı sayılan yəhudi lobbi təşkilatları tərəfindən daim alqışlanır və onlar Azərbaycanda tolerantlıq siyasətini tərifləməklə öz məşum niyyətlərini açıq şəkildə dilə gətirməkdən çəkinirlər. Ağ Partiyanın başqanı Tural Abbaslı bəlkə də bu vəziyyətə etiraz olaraq Müsavat TV-də etdiyi çıxışında siyasətçiləri öz kimliklərinə qayıtmağa səsləyir.

Maraqlıdır ki, hakimiyyət sözdə islamiyyəti milli kimliyin əsas sütunu adlandırır, lakin bundan o tərəfə keçmir.

Konkret olaraq prezident İlham Əliyev islam həmrəyliyindən söhbət gedirsə, bu, şübhəsiz əvvəlcə ölkə daxilində gerçəkləşməlidir. Ancaq yüzlərlə şiə inanclısının, o cümlədən xalq tərəfindən sevilən Şeyx Sərdar Hacıhəsənli və ya Əhliman Rüstəmov kimi ruhanilərin həbsdə qalması rəsmi siyasətlə paradoks təşkil edir. Ələlxüsus da mübarək Ramazan ayında xalqın düzgün maariflənməsi işində bu kimi möhtərəm insanların cəmiyyətdə varlığına ehtiyac duyulur.