Krım Tramp tərəfindən Rusiya torpağı kimi tanına bilər
https://azeri.sahartv.ir/news/dünya-i419337-krım_tramp_tərəfindən_rusiya_torpağı_kimi_tanına_bilər
Tramp administrasiyası Moskvanın Kiyevlə müharibəsinə son qoymaq üçün razılaşmanın bir hissəsi olaraq Krımı Rusiya ərazisi kimi tanımağı nəzərdən keçirir.
(last modified 2025-03-20T07:00:33+00:00 )
Mart 20, 2025 10:46 Asia/Baku
  • Krım Tramp tərəfindən Rusiya torpağı kimi tanına bilər

Tramp administrasiyası Moskvanın Kiyevlə müharibəsinə son qoymaq üçün razılaşmanın bir hissəsi olaraq Krımı Rusiya ərazisi kimi tanımağı nəzərdən keçirir.

İki mənbənin sözlərinə görə, Tramp administrasiyası rəsmiləri Birləşmiş Millətlər Təşkilatına da bu xahişlə müraciət edəcək. Belə bir xahiş Tramp administrasiyasını uzun müddətdir Krımı öz ölkəsinin ərazisi hesab edən Rusiya prezidenti Vladimir Putinin mövqeyi ilə uzlaşdıracaq.

Ağ Ev məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, Tramp Ukrayna prezidentini ərazi güzəştinə vadar etmək üçüm dəridən qabıqdan çıxır.