Mart 22, 2025 15:54 Asia/Baku

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Çin şirkətlərinə qarşı yeni sanksiyalarına reaksiyada deyib: "ABŞ Çin və İran arasında iqtisadi əməkdaşlığa müdaxilə etməyi dayandırmalıdır".

"Global Times"ın məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq cümə günü bildirib ki, Çin həmişə qeyri-qanuni birtərəfli sanksiyalardan və transsərhəd yurisdiksiyadan sui-istifadəyə qarşıdır".

O, Vaşinqtonu Çin və İran arasında normal ticarət və iqtisadi əməkdaşlığa müdaxilə etməyi və onu pozmağı dayandırmağa çağırıb.

Onun bu açıqlamaları elə bir haldadır ki, ABŞ cümə axşamı İrandan neft idxalı bəhanəsi ilə Çinin şərqindəki Şandun əyalətində neft emalı zavoduna və Çinin cənubundakı Quanqdonq əyalətində neft terminalına qarşı sanksiyalar tətbiq edib.

Mao, həmçinin xəbərdarlıq edib ki, Pekin Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün bütün lazımi tədbirləri görəcək.