Mart 26, 2025 13:47 Asia/Baku
  • Əraqçi ilə Simonyan görüşündə; İran və Ermənistan arasında əlaqələrin gücləndirilməsinə təkid edildi

İranın xarici işlər naziri Ermənistan rəsmiləri sıx məsləhətləşmələrinin davamında çərşənbə axşamı Ermənistanın Milli Məclisinin sədri Alen Simonyan ilə görüşüb və siyasi və iqtisadi sahələrdə əməkdaşlıqların gücləndirilməsinin vacibliyini vurğulayıb.

Əraqçi Azərbaycan Respublikası və Ermənistan Respublikasını sülh danışıqlarının aparılması və iki ölkə arasında hərtərəfli sülh sazişinin hazırlanması münasibətilə təbrik edib və Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin bərqərar olması üçün lazımi zəmin təmin etmək üçün hər iki tərəfi bu sazişi mümkün qədər tez imzalamağa çağırıb.

Əraqçi həmçinin İranın bütün sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb və parlament diplomatiyasının əhəmiyyətinə işarə edib.

Ermənistanın Milli Məclisinin sədri Alen Simonyan da bu görüşdə iki ölkə arasında uzun əsrlər boyu mövcud olan çox yaxşı münasibətlərə işarə edib və qeyd edib ki, dost İranla qarşılıqlı hörmət və etimad əsasında qurulan ikitərəfli münasibətlər Ermənistan üçün böyük əhəmiyyət kəsb edir.