Məşhur bankir Trampın siyasətini təhlükəli adlandırdı
"İqtisadi müharibə real hərbi müharibəyə çevrilə bilər"
Apr 08, 2025 13:39 Asia/Baku
Dünyanın ən böyük bankı olan "JPMorgan"ın baş direktoru Ceymi Dimon prezident Donald Trampın tarif siyasəti ilə bağlı açıq xəbərdarlıq edib.
O bildirib ki, Donald Trampın tarif siyasəti qiymətləri yüksəltmək, qlobal iqtisadiyyatı tənəzzülə sürükləmək və Amerikanın dünyada nüfuzunu zəiflətmək təhlükəsi yaradır.
Bankirin fikrincə, Trampın təyin etdiyi tariflər inflyasiyanı artıracaq və bir çoxlarının tənəzzül barədə daha çox düşünməsinə səbəb olacaq.
Dimon qeyd edib ki, "Öncə Amerika şüarı yaxşıdır, lakin Amerika tək qalmamaq şərtilə. Hazırki şəraitdə Amerikanın özü zamanla qaçılmaz olaraq zəifləyəcək".
JP Morqan bazar dəyərinə görə dünyanın ən böyük bankıdır. Onun aktivləri 4 trilyon dollardan artıqdır.