Quterreş İsrail rejimini kəskin qınayıb
https://azeri.sahartv.ir/news/dünya-i419696-quterreş_İsrail_rejimini_kəskin_qınayıb
BMT-nin baş katibi Antonio Quterreş İsrail rejimini işğalçı bir dövlət kimi kəskin qınayıb və Qəzzədəki vəziyyəti kritik adlandırıb.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Apr 09, 2025 09:22 Asia/Baku
  • Quterreş İsrail rejimini kəskin qınayıb

BMT-nin baş katibi Antonio Quterreş İsrail rejimini işğalçı bir dövlət kimi kəskin qınayıb və Qəzzədəki vəziyyəti kritik adlandırıb.

Quterreş deyib: "İsrail işğalçı dövlətdir və beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü aydın öhdəlikləri yerinə yetirmir. Fələstinliləri köçməyə məcbur etmək beynəlxalq hüquqa ziddir".

O, qeyd edib ki, Qəzzədə yardım qapılarını bağlamaqla faciənin qapıları yenidən açılıb. Bir aydan çoxdur ki, Qəzzəyə bir damcı belə yardım gəlməyib.

Quterreş əlavə edib: "Qəzzə bu gün ölüm meydanına çevrilib və mülki insanlar sonsuz ölüm dövrəsində mühasirəyə alınıblar".