Paris: Trampın başlatdığı qasırğanın fəsadları bu tezliklə bitməyəcək
Fransanın baş naziri bu ölkə rəsmilərini Trampın başlatdığı ticarət müharibəsi nəticəsində yaranan "destabillik sunamisi" ilə üzləşmək üçün hazırlıq məqsədilə büdcə kəsirini azaltmağa yönəlmiş təcili tədbirlər görməyə çağırıb.
Fransanın baş naziri Fransua Bayrou deyib ki, ABŞ və Rusiyanın düşmənçiliyi fonunda ABŞ prezidenti Donald Tramp tərəfindən başladılan ticarət müharibəsi nəticəsində yaranan "sabitliyin pozulması sunamisi” ilə qarşılaşmaq üçün Fransa təcili olaraq büdcə kəsirini azaltmalıdır.
Bayrou mətbuat konfransında qeyd edib ki, Tramp-ın tarifləri və ənənəvi müttəfiqlərinə qarşı çıxmaq qərarı ilə yaranan təlatüm bütün dünyada inamı sarsıdıb.
Bayrou Fransanın artan borcunun və avropalı həmyaşıdları ilə müqayisədə daha böyük büdcə kəsirlərinin onu həssas etdiyini bildirərək, deyib: "ABŞ prezidenti nəticələri tezliklə bitməyəcək bir qasırğa başladıb".
“Sanki müharibə yetərli deyilmiş kimi, planeti sarsıtmaq üçün destabilizasiya sunamisi gəldi”, - deyə, Fransanın baş naziri əlavə edib.