Çin və Malayziya müstəqil Fələstin ölkəsinin yaradılmasına təkid ediblər
Çin və Malayziya birgə bəyanatda müstəqil Fələstin ölkəsinin yaradılmasına dəstəklərini vurğulayıblar və HƏMAS və sionist rejimi atəşkəs razılaşmasını tam və effektiv şəkildə həyata keçirməyə çağırıblar.
Bu bəyanat Çin prezidenti Si Cinpinin çərşənbə günü Malayziyaya rəsmi səfəri və bu ölkənin baş naziri Ənvər İbrahimlə görüşündən sonra yayılıb.
Bəyanata əsasən, Çin və Malayziya Qəzzənin fələstin xalqına məxsus olduğunu və Fələstin ərazisinin ayrılmaz hissəsi olduğunu bildiriblər.
Bəyanatda, həmçinin deyilir ki, hər iki dövlət başçısı Qəzzənin müharibədən sonra idarə olunmasında “Fələstinlilər Fələstini idarə edir” prinsipinə riayət edilməsinin zəruriliyini vurğulayıb və Qəzzə sakinlərinin məcburi köçürülməsini rədd etdiklərini bildiriblər.