ABŞ-da Fələstin tərəfdarı olan tələbələrin vizası ləğv edilib
Apr 20, 2025 19:09 Asia/Baku
ABŞ hökuməti Fələstini dəstəklədciklərinə görə mindən çox Fələstin tərəfdarı olan xarici tələbənin vizasını anti-semitizm bəhanəsi ilə ləğv edib.
ABŞ-da ötən yanvar ayından mindən çox tələbənin vizası ləğv edilib. ABŞ universitetlərində tələbələrlə bağlı miqrasiya qurumlarının fəaliyyətini izləyən insan haqları təşkilatları bu barədə məlumat yayıblar. ABŞ prezidenti Donald Trampın antisemitizmlə mübarizə üçün imzaladığı sərəncamlara əsaslanan kampaniya Qəzzəyə dəstək nümayişlərində iştirak edən tələbələri hədəf alıb.
Hüquq fəallarının dediyinə görə, Tramp administrasiyasının bu hərəkəti ABŞ Konstitusiyasına ziddir.