Apr 22, 2025 12:59 Asia/Baku
  • Tramp Federal Ehtiyat Sisteminin sədrini danladı; dollar kəskin ucuzlaşdı

ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin sədri Cerom Paveli tənqid etməsindən sonra dolların dəyəri son üç ilin ən aşağı səviyyəsinə düşüb.

ABŞ prezidenti özünün sosial şəbəkəsində yazdığı mesajda Federal Ehtiyat Sistemini dərhal faiz dərəcələrini azaltmağa çağırıb və xəbərdarlıq edib ki, əgər FED faiz dərəcələrini dərhal aşağı salmasa, ABŞ iqtisadiyyatı yavaşlaya bilər.

Onun bu açıqlamaları fonunda ABŞ dolları indeksi 97,92 səviyyəsinə enib ki, bu da, 2022-ci ilin mart ayından bəri ən aşağı səviyyədir. 

Tramp bundan əvvəl Pavelin vəzifədən kənarlaşdırmaq istəyib və onun faiz dərəcələrini idarə etməkdəki fəaliyyətini tənqid etməyə davam edir.

Maliyyə bazarları onun bu açıqlamalarına reaksiya göstərdi və Dow Jones, S&P 500 və Nasdaq Composite kimi fond indeksləri əhəmiyyətli dərəcədə aşağı düşüb.