Qrossi: İran müzakirələrdə anlaşma üçün ciddidir
https://azeri.sahartv.ir/news/dünya-i419917-qrossi_İran_müzakirələrdə_anlaşma_üçün_ciddidir
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru deyib ki, İran tərəfi nüvə işi müzakirələrilə anlaşmada ciddidir və razılaşmaya çatmağa çalışır.
(last modified 2025-04-24T07:08:14+00:00 )
Apr 24, 2025 10:58 Asia/Baku
  • Qrossi: İran müzakirələrdə anlaşma üçün ciddidir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru deyib ki, İran tərəfi nüvə işi müzakirələrilə anlaşmada ciddidir və razılaşmaya çatmağa çalışır.

Tehran ilə Vaşinqton arasında dialoqun mövcud olması yaxşıdır- deyən Rafael Qrossi əlavə edib:Amerikanın Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Stiv Uitkoff ilə əlaqə saxlayırıq.İranla Amerika arasındakı müzakirələrin nə ilə nəticələnəcəyini deyə bilmərəm.Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru söyləyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranla Amerika arasında razılaşmanınicrasını araşdıracaq. Biz etibarın artması üçün onu himayə etməyə hazırıq.Biz İran-Amerika müzakirələrinin bir hissəsi deyilik- deyə MAQATE-nin baş direktoru bildirib.