Apr 30, 2025 17:53 Asia/Baku
  • Qüdsün əsas magistral yolu alov içində

"Yediot Aharonot" qəzeti sionist rejimin yanğınsöndürmə xidmətinin işğal altındakı Qüdsdə tüğyan edən yanğınlar fonunda xəbərdarlıq səviyyəsini maksimum səviyyəyə qaldırdığını bildirib.

Yediot Aharonot qəzetinin məlumatına görə sionist rejimin yanğınsöndürmə xidməti Qüdsdə yanğınların davam etməsi səbəbindən xəbərdarlıq səviyyəsini maksimuma qaldırıb.

Sionist rejimin Yayım Təşkilatı bildirib ki, rejim yanğınsöndürmə təyyarələri almaq üçün Kipr, Yunanıstan, Xorvatiya və İtaliyaya müraciət edib.

Bu gün çərşənbə səhər Qüds təpələri bölgəsindəki Vahət əl-salam şəhəri yaxınlığındakı meşədə genişmiqyaslı yanğınlar baş verib. Məlumata əsasən, yanğın sürətlə yaşayış bölgələrinə və əsas magistral yollara doğru yayılıb.

1 nömrəli mərkəzi küçədə bir neçə avtomobilin yandığı və sürücülərin qaçdığı bildirilir.

Sionist rejimin yanğınsöndürmə təşkilatı xəbərdarlığın ən yüksək səviyyəsi olan fövqəladə vəziyyət elan edib və bütün bölgələrdə bütün yanğınsöndürmə qruplarının ümumi səfərbər edilməsini əmr edib.

Yanğınsöndürənlər günortaya qədər Qüds yüksəklilklər bölgəsində 6 müxtəlif məkanda yanğınları söndürməyə çalışıblar.

Yanğının söndürülməsində 67 yanğınsöndürmə qrupu, 11 təyyarə, dörd helikopter və ağır yanğınsöndürən maşınlar iştirak edir. Əsas küçələr bağlanıb.

Sionist rejim polisi ehtiyat tədbiri olaraq, yanğınların genişlənməsi və yaşayış məntəqələrinə çatması ehtimalı ilə Vəhət əl-Salam qəsəbəsinin və əraziyə yaxın digər şəhərlərin sakinlərini təxliyə etməyə başlayıb.

Sionist rejim səlahiyyətliləri sakinləri təhlükəsizlik qüvvələrinin göstərişlərinə əməl etməyə və təhlükəli ərazilərdən uzaq durmağa çağırıb.

“Yediot Aharonot” qəzeti Qüdsdəki yanğınlar nəticəsində 12 nəfərin boğulmadan əziyyət çəkdiyini bildirib.