Ukraynanın üçgünlük atəşkəslə müxalifəti Moskvanın xarici qonaqları üçün təhdiddir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ukraynanın doqquz may mərasimi ilə bağlı üçgünlük atəşkəslə müxalifəti, Moskvanın xarici qonaqları üçün birbaşa təhdid sayılır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna prezidenti Vladimir Zelenskinin doqquz may qələbə gününün səksəninci ildönümü şənliyi günlərində atəşkəsə qarşı çıxmasına kəskin reaksiya verib və onu, Moskvaya səfər edəcək xarici ölkələrin liderləri üçün təhdid adlandırıb.
Zelenski bir müsahibədə bildirib ki, Moskva həmin mərasimdə beynəlxalq rəsmilərin təhlükəsizliklərinin təmin edilməsində məsuliyyət daşıyır və o, bu sahədə heç bir məsuliyyət qəbul etmir.
Rusiya təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev Zelenskinin sözlərini təhrikedici adlandırıb. Xəbərdarlıq edib ki, Ukraynanın Moskvaya hücum edəcəyi təqdirdə, Kiyevin təhlükəsizliyi də risk altında olacaq.