May 06, 2025 11:11 Asia/Baku
  • İki ölkənin beyin mərkəzləri anlaşma memorandumu imzalayıblar

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Daxil olan məlumatda bildirilir ki, sənəd “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusundakı tədbir çərçivəsində imzalanıb.

Memoranduma əsasən, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması və ortaq layihələrin icrası nəzərdə tutulub.

Sənədi İran tərəfindən bu ölkənin Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, xarici işlər nazirinin müavini Səid Xətibzadə, Azərbaycan tərəfindən isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev imzalayıb.