İran və Azərbaycan arasında yeni hava reysləri açılır
Tehran və Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa uçuşlar nəzərdə tutulub
May 06, 2025 11:16 Asia/Baku
Yaxın zamanda Tehran və Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa uçuşlar təşkil olunacaq.
Trend-in məlumatına görə, İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Məsələlər üzrə Mərkəzinin direktoru Əmin Tərəffo yerli mediaya açıqlamasında deyib ki, Tehran-Bakı hava reysləri həftədə 4 gün, Təbriz-Bakı reysləri həftədə iki gün təşkil olunacaq.
Nazir müşaviri qeyd edib ki, hal-hazırda İranın Mülki Aviasiya Təşkilatı Azərbaycanın əlaqədar qurumları ilə müzakirə aparır və bu reyslərin tezliklə açılması üzrə ekspertlər tərəfindən işlər görülür.