May 09, 2025 11:39 Asia/Baku
  • Axios: İran və ABŞ arasında danışıqlar bazar günü Oman’da keçiriləcək

Axios xəbər saytı iki amerikalı mənbəyə istinadən yazır ki, vitkof və onun komandası bazar günü Oman’da İranla növbəti nüvə danışıqları raundunu keçirməyi planlaşdırır.

Saytın məlumatına görə, məlumatlı bir mənbə bildirib ki, İsrailin Strateji məsələlər üzrə naziri Ron Dermer çərşənbə günü Marko Rubio ilə görüşərək, İranla aparılan nüvə danışıqları ilə bağlı İsrailin narahatlıqlarını onunla bölüşüb.Hesabata əsasən, Tramp da İsrailin strateji məsələlər üzrə naziri ilə İranla nüvə danışıqları və Qəzzədəki müharibə barədə fikir mübadiləsi aparıb.