May 10, 2025 12:29 Asia/Baku
  •  İsrail Hindistanı seçdi

Sionist İsrail rejimi Hindistanın başlatdığı müharibəni özünümüdafiə adlandırıb.

İsrailin Hindistandakı səfiri Reuven Azar sosial şəbəkədə Hindistan və Pakistan arasında son gərginliyi şərh edərkən yazıb: “Terrorçular bilməlidirlər ki, onların günahsızlara qarşı törətdikləri dəhşətli cinayətlərdən gizlənəcək yerləri yoxdur və Hindistanın özünü müdafiə etmək hüququ var.

Xatırladaq ki, mayın 7-nə keçən gecə Hindistan Pakistan və Cammu və Kəşmirdə 9 hədəfi vurmaqla “Sindur” əməliyyatına başlayıb.

Hazırda iki qonşu ölkə arasında şiddətli döyüşlər gedir. Bu münaqişədə sionist İsraildən fərqli olaraq Azərbaycan Respublikası və Türkiyə Pakistana dəstək verirlər.