May 12, 2025 14:11 Asia/Baku
  • Zelenski:

Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirib.

Zelenskinin bu açıqlaması ABŞ prezidenti Donald Trampın Rusiya ilə danışıqlara razılıq verməli olduğunu söyləməsindən sonra verilib. 

Zelenski X sosial şəbəkəsində yazıb: "Ukrayna bazar ertəsi günündən tam və uzunmüddətli atəşkəs gözləyir. Bu, müharibəyə son qoymaq üçün Diplomatiyaya lazımi zəmin yaradacaq. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə bəhanə axtarmayacaqlar". 

Ukraynanın müttəfiqləri Rusiya və Ukrayna arasında birbaşa danışıqlara çalışarkən,  Putin sülh danışıqlarının yaxın günlərdə aparılmasını təklif edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna prezidenti danışıqlar üçün cümə axşamı günü İstanbulda Rusiya prezidenti Vladimir Putinlə görüşməyə razılıq verməlidir".