May 12, 2025 14:13 Asia/Baku
  • 700 milyonluq raketlər iyul ayında tədarük olunacaq

Hindistan iyulda Ermənistana “Akaş” zenit-raket kompleksinin ikinci partiyasını göndərəcək.

“Hindistan Aerokosmik Müdafiə Xəbərləri” (İADN) bu məlumatı yayıb.

Xatırladaq ki, ötən ilin noyabr ayında Hindistan Ermənistana “Akaş” raketlərinin ilk partiyasını göndərmişdi. Raketlərin satışı Hindistan və Ermənistanın 2022-ci ildə imzaladığı müqaviləyə əsasən həyata keçirilir.

Qeyd edilir ki, ilk sistemlər ötən ilin sonunda göndərilib.

720 milyon dollar dəyərindəki müqaviləyə əsasən Ermənistan Hindistandan 15 “Akaş” raket kompleksi almalıdır. Ermənistan bu raket sistemlərini alan ilk xarici ölkədir.

“Akaş” raketləri 25 kilometr məsafədəki döyüş təyyarələri, qanadlı raketlər, hava-yer raketləri, PUA və digər hava vasitələrini hədəfə ala bilir.