Dünya parlamentarilərindən Trampa məktub:
Qəzzədə soyqırımı dayandır!
Dünyanın müxtəlif ölkələrindən 500-dən çox parlament üzvü ABŞ prezidenti Donald Trampa məktub yazaraq Qəzzə zolağında soyqırımı və aclığı dayandırmaq üçün onu dərhal müdaxilə etməyə çağırıb.
Məktub Qəzzədə humanitar vəziyyətlə bağlı qlobal narahatlığın və İsrailin əsas dəstəkçisi kimi ABŞ-a təzyiqin təcəssümüdür. Bölgədə yüksək insan tələfatı və kritik şərait nəzərə alınarsa, bu hərəkət beynəlxalq səviyyədə siyasi və hərbi yanaşmaların dəyişməsinə səbəb ola bilər.
Sözü gedən məktubu imzalayanlar, o cümlədən müxtəlif ölkələrin tanınmış siyasi xadimləri İsrailə hərbi dəstəyin dayandırılmasının vacibliyini və Qəzzəyə humanitar yardımın göndərilməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin keçərli bir qətnamə qəbul etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıblar.
Bu məktub zorakılığa son qoyulması və regionda sülhün bərqərar edilməsi istiqamətində beynəlxalq səylərdə dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, ABŞ İsrail rejimini birmənalı şəkildə dəstəklədiyinə xatir onun cinayətlərində şərik qismində görünən dövlətdir. Bununla belə Birləşmiş Ştatlar son dörd ayda İsrailə böyük həcmdə silah göndərməklə onun təcavüzkar planlarında yer almaqdadır.