May 13, 2025 12:18 Asia/Baku
  • Rusiya və Türkiyə xarici işlər nazirləri Ukrayna böhranı barədə danışıblar

Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Tərəflər Ukraynada müharibəyə son qoymaq barədə təklif olunan həll yollarının müxtəlif cəhətlərini araşdırıblar.

Sergey Lavrov və Hakan Fidan telefon söhbətində Rusiya prezidenti Vladimir Putinin mayın on beşində İstanbulda birbaşa danışıqların başlanması üzrə təşəbbüsünə nəzər salıblar.Belə bir halda Putin vurğulayıbdır ki Kiyev müzakirələrin 2022-ci ildə kəsilməsində məsuliyyət daşıdığına görə hazırda heç bir önşərt olmadan danışıqlara geri dönməlidir.Putin müzakirələrin İstanbulda bərpa olunmasını təklif edib.Amerika da otuzgünlük atəşkəs təklifini irəli sürüb.Fransa, Almaniya, İngiltərə, Polşa və Ukrayna liderləri də önşərtsiz atəşkəs istəyiblər.