Makron Kiyevi məyus etdi
“Ukraynalılar da bilir, bu ərazi Rusiyaya qalacaq”
May 14, 2025 12:59 Asia/Baku
Fransa prezidenti bəyan edib ki, böyük ehtimalla, Krım Rusiyanın olaraq qalacaq.
Emmanuel Makron qeyd edib ki, Rusiya ilə münaqişədən sonra bütün ərazilərin geri alına bilməyəcəyi ukraynalılar üçün tamamilə aydındır.Onun sözlərinə görə, 2014-cü ildən Rusiyanın nəzarətində olan Krım Rusiya və Ukrayna arasında danışıqların əsas maddələrindən birinə çevrilməlidir: “Əgər iki ölkə arasında sülh bağlanarsa, bu ərazi çox güman ki, Rusiyanın tərkibində qalacaq”.