May 15, 2025 10:14 Asia/Baku
  • İstehlakçı ölkələrin pulları hesabına daha da varlanmaq - TƏHLİL

ABŞ prezidentinin Fars Körfəzinin cənub sahillərindəki üç ölkəyə səfərinin məqsədləri ekspertlər tərəfindən müzakirə predmetinə çevrilib.

Donald Tramp mayın 13-də Fars Körfəzinin cənubundakı üç ölkəyə - Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə üç günlük səfərə başlayıb.

Trampın Fars Körfəzinə səfəri, Ağ Evin iddiasına görə Fars körfəzinin cənub sahillərində yerləşən ölkələrlə iqtisadi və təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi daşıyır. Lakin görünən odur ki, bu səfər qazanc əldə etməyə əsaslanan və Birləşmiş Ştatlar üçün iqtisadi və kommersiya mənfəətləri əldə edən münasibətlərlə bağlı mühüm suallar doğurur.

Əslində, ABŞ üçün iqtisadi faydası 3 trilyon dollara qədər hesablanan bu səfər birtərəfli qaydada ABŞ iqtisadiyyatına və onun strateji maraqlarına xidmət edir. Bu da təbii ki, Amerika şirkətləri üçün yüz milyardlarla dollar qazanc gətirəcək.

Digər tərəfdən Səudiyyə Ərəbistanı ABŞ-a 1 trilyon dollar sərmayə qoymağı öhdəsinə götürüb. BƏƏ 10 il üçün 1,4 trilyon dollarlıq plan, Qətər isə 300 milyard dollarlıq plan təklif edib.

Görünür, Trampın səfəri ABŞ-a böyük həcmdə birtərəfli faydalar gətirib və Fars Körfəzinin cənubunda yerləşən ərəb ölkələri isə iqtisadi, siyasi, hərbi, elmi və texnoloji baxımdan daha artıq asılı istehlakçıya çevrilirlər.

Beləliklə də Trampın səfəri uzun müddətdir davam edən Fələstin böhranı və ya regional gərginlik kimi xroniki regional problemlərin həllinə kömək etməkdən daha çox Amerikanın iqtisadi və geosiyasi mövqeyini gücləndirməyə yönəlib.