May 18, 2025 11:31 Asia/Baku
  • Pakistan mediası: Şahbaz Şərif gələn həftə İrana səfər edəcək

Pakistanın “Geo News” telekanalı xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında şənbə gecəsi baş tutan telefon danışığından sonra, Şərifin gələn həftə Tehrana rəsmi səfər edəcəyi gözlənilir.

Məlumata görə, Şahbaz Şərif Pezeşkiyanın dəvətini qəbul edib və rəsmi səfər planlaşdırılıb.Hesabatda qeyd olunur ki, Tehran və İslamabad arasında ticarət əlaqələrinin genişləndirilməsi və regional sülh və təhlükəsizlik sahəsində sıx əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub.Pakistan Baş nazirinin ofisi də bir neçə saat əvvəl yayımladığı bəyanatda bildirib ki, Pezeşkiyan Şahbaz Şərifi İrana rəsmi səfərə dəvət edib və bu dəvət məmnuniyyətlə qarşılanıb.Telefon danışığında Şahbaz Şərif, Cənubi Asiyada artan gərginlik fonunda Pezeşkiyanın keçən ay etdiyi zəngə və İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin İslamabada səfərinə görə təşəkkürünü bildirib.Pezeşkiyan isə bölgədə sülhə verdiyi töhfələrə görə Pakistana təşəkkür edib və Hindistanla Pakistan arasında əldə olunan atəşkəs razılaşmasını müsbət qarşılayıb.