Hərbi əməkdaşlıq sahəsində daha bir uğura imza atıldı:
"Araz 2025" Azərbaycan-İran birgə təlimi başa çatıb
May 22, 2025 10:34 Asia/Baku
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə Qarabağ bölgəsində keçirilən "Araz 2025" təlimi dörd gün ərzində yekun mərhələsini uğurla başa vurub.
Sepahın Quru Qoşunları komandanının müavini və birgə təlimlərin komandanı Vəli Mədəni bu barədə bildirib: "Bu təlim iki ölkənin prezidentləri arasında ötən il əldə olunan razılaşma və müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, sərhədlərin təhlükəsizliyinin təmin edilməsinə dair göstəriş əsasında həyata keçirildi".Qeyd olunub ki, ötən ilin noyabrında Ərdəbil əyalətinin Aslandüz bölgəsində "Araz birgə təlimi" baş tutub. "Araz 2025" təlimi Azərbaycanla İran arasında keçirilən ikinci birgə təlimidir.