Assanj Kann Film Festivalını Sarsıtdı
Culian Assanj Vikiliksin qalmaqallı təsisçisi, 2025 Kann Kino Festivalında qeyri-adi və dərin mənalı bir çıxışla diqqətləri öz üzərinə çəkdi. O, qırmızı xalça üzərinə minlərlə şəhid fələstinli uşağın adlarını daşıyan bir köynəklə çıxdı və bu yolla həqiqət və qlobal ədalət uğrunda siyasi və sarsıdıcı bir mesaj verdi.
Bu həftə keçirilən Kann film Festivalı bəlkə də tarixinin ən qalmaqallı anlarından birinə şahidlik etdi. Uzun illər həbs və təqib olunduqdan sonra ilk dəfə kameralar qarşısına çıxan Assanj, həyatından bəhs edən "Altı Milyard Dollarlıq Adam" adlı sənədli filmin təqdimatında iştirak etdi. Filmin rejissoru isə məşhur sənədli film ustası Yucin Carekidir.Amma Assanjın hüzurundan daha çox diqqət çəkən onun sadə, ağ rəngli, lakin dərin məna daşıyan köynəyi oldu. Bu T-shirtin üzərində 2023-cü ildən bəri İsrail işğalçı qüvvələri tərəfindən şəhid edilən 5 yaşdan kiçik 4986 fələstinli uşağın çap olunmuşdur.Bu açıq şəkildə siyasi xarakter daşıyan addım festivala toplaşan qonaqların və beynəlxalq medianın geniş marağına səbəb oldu və çoxsaylı reaksiyalar doğurdu.Assanjın köynəyinin arxa tərəfində isə belə yazılmışdı: "İsraili dayandırın."