7-ci qrup ölkələri Rusiyaya təzyiqi artırmaq barədə razılaşdı
May 23, 2025 12:23 Asia/Baku
Dünyanın ən inkişaf etmiş 7 ölkəsinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri qərara gəliblər ki, əgər Rusiya Ukrayna ilə atəşkəsə razılaşmasa, Moskvaya qarşı sanksiyaları daha da gücləndirəcəklər.
Kanadada keçirilmiş görüşdən sonra qəbul edilmiş yekun bəyanatda deyilir: Əgər atəşkəs razılaşması baş tutmasa, biz Rusiyaya təzyiqləri və sanksiyaları artırmaq da daxil olmaqla, bütün mümkün variantları nəzərdən keçirməyə davam edəcəyik.Bəyanatda həmçinin Rusiyanın Ukraynaya qarşı "amansız müharibəsi" pislənir və bildirilir ki, müharibə dövründə Rusiyanı dəstəkləyən hər hansı təşkilat gələcəkdə Ukraynanın bərpasında iştirak edə bilməyəcək.